Bakı sakinləri paytaxtın hara köçürülməsini istəyir? - ŞOK cavablar

Yeni tədris ili başlayan kimi yenə də adəti üzrə paytaxt Bakıda tıxaclara, nəqliyyatın, şəhər həyatının iflic olmasına şahidlik edirik. Bu vəziyyət paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Bəziləri Bakını bu ağır yükdən azad etmək üçün paytaxtı digər əlverişli şəraiti olan böyük şəhərlərə köçürülməsini, bəziləri paytaxt üçün Bakının yaxınlığında yeni bir şəhərin yaradılmasını, digər qisim isə universitetlərin və bəzi qurumların regionlara köçürülməsi təklif edir.

Bəs Bakı sakinləri bu haqda necə düşünür?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

18.09.2024 19:58
1927