Bakı sakinləri Gürcüstan seçkilərindən danışır: "Narahat qaldım"

Məlum olduğu kimi oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə hakim Gürcü Arzusu Partiyası 53,93 faiz səslə qalib gəlib.

Gürcüstanda seçkilər başa çatsa da, onun nəticələri ilə bağlı qalmaqallar hələ də davam edir. Belə ki, prezident Salome Zurabişvili seçkiləri tanımadığını deyib və vətəndaşları etiraza səsləyib. Hazırda qonşu ölkədə baş verənlər həm dünyanın, həm də Cənubi Qafqaz ölkələrinin maraq dairəsindədir. Bundan sonrakı proseslərin necə cərəyan edəcəyi, Gürcüstanda nələrin baş verəcəyi xüsus maraq doğurur.

Bəs vətəndaşlarımız bu seçkini necə izlədi? Gözləntilər nədir?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

29.10.2024 20:41
546