Bakı sakinini avtomobil vurub

Bakının Sabunçu rayonunda yol qəzası zamanı 54 yaşlı kişi ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçən 1970-ci il təvəllüdlü Etibar Kərimovu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

08.12.2024 03:28
544