Bakı sakinini avtomobil vuraraq ayağını sındırıb

Bakının Xətai rayonunda yol qəzası zamanı kişinin baldır sümüyü sınıb.

APA xəbər verir ki, qəza Nargilə dairəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Əliyev Anar Həsimxan oğlu yolu keçərkən onu minik avtomobil vurub.

Yaralı baldır sümüyünün sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

30.04.2023 04:53
631