Bakı sakininə 4 bıçaq zərbəsi vurulub

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü Novruzov Dünyamalı Əlirza oğlu tanışı ilə əlbıyaxa dava zamanı bıçaqlanıb. Onun qol, ayaq və qarın nahiyəsinə ümumilikdə 4 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

09.04.2022 05:01
568