Bakı-Quba yolunda QƏZA: sürücülər öldü - FOTO


Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Ford" markalı avtomobillə yük maşını (TIR) toqquşub.

Musavat.com Report-a istinadla xəbər verir ki, hadisə magistral yolun 108-ci km-də baş verib.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

23.07.2022 13:42
1192