Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunun 21-ci kilometrliyində Mənsiyev Pərvin Canpolad oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-DU-996 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Sürücü yüngül xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib.
Araşdırma aparılır.