Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun müalicəsi Təcili tibbi yardım bölməsində hazırda da davam etdirilir.
Vəziyyəti orta ağırdır.
Sözügedən xəstəxanada bu hadisə ilə əlaqədar ölüm faktı qeydə alınmayıb.
Nigar HƏSƏNLİ,
Musavat.com