Bakı-Quba yolunda baş verən qəzada bir nəfər ölüb

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə magistralın 72-ci km-də qeydə alınıb.

Quba rayon sakini 1955-ci il təvəllüdlü Şakir Qafarovun idarə etdiyi "Ford" markalı avtomobil maneəyə çırpılıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

25.12.2022 16:33
534