Bakı-Quba yolunda avtomobilini aşıran sürücü xəstəxanada ölüb

Sumqayıtda avtomobilini aşıran sürücü xəstəxanada vəfat edib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 26-da Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində baş verib.

İdarə etdiyi avtomobili aşıran sürücü 19991-ci il təvəllüdlü Rzayev Toğrul Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Aparılan müalicə tədbirlərinə baxmayaraq o bu gün xəstəxanada vəfat edib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

30.10.2022 16:12
602