Bakı Quba yolunda avtomobil piyadanı vurdu

 

Bakı Quba yolunda avtomobil piyadanı vurub.

Baş DYP İdarəsinin inspektoru polis leytenantı Hacıyev Elvin bildirib ki, hadisə Bakı Quba yolunun 15-ci kilometrliyində qeydə alınıb.

1991-ci il təvəllüdlü sürücü Quliyev Qurban Əhməd oğlunun idarə etdiyi “Hyunday Accent” marakalı avtomobil yolu keçmək istəyən gənc oğlanı vurub.

Piyada hadisə yerində ölüb. Avtomobilin piyadanı piyadalar üçün nəzərdə tutulmayan ərazidə vurduğu bildirilir.

Fakt araşdırılır. 

***

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a cavab olaraq bildirib ki, bu gün axşam saatlarında Şirvan şəhər sakini Ə. Zeynalov idarə etdiyi "Chery" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən şəhər sakini S. Ələkbərovu vurub.

Sonuncu aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

22.08.2024 23:05
276