Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ: Saat 10:00-dan 16:00-dək...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparır.

Musavat.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bu gün saat 10:00-dan 16:00-a qədər aparılacaq.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.

29.08.2023 10:19
614