Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilidi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.

Musavat.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Xatırladaq ki, dekabrın 30-da bu marşrut üzrə hər iki istiqamətə qatar reysləri təşkil ediləcək.

Eyni zamanda, dekabrın 31-də Bakıdan Qəbələyə, yanvarın 2-də isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.

13.12.2024 17:30
301