Bakı-Qazax yolunda mikroavtobusun aşmasının səbəbi AÇIQLANDI - VİDEO

Bakı-Qazax yolunda mikroavtobusun aşmasına səbəb piyada olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yolun 26-cı km-də olub. Sürücü, 1957-ci il təvəllüdlü R.Məmmədov idarəetməni itirərək, mikroavtobusu aşırıb.Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, 99-XX-256 dövlət nömrə nişanlı, “İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən mikroavtobusun qarşısına piyada çıxıb:

“Bu səbəbdən sürücü idarəetməni itirərək mikroavtobusu aşırıb. İlkin məlumata görə, hadisə nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

***

Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

29.10.2022 15:06
1672