Bakı-Qazax yolunda AĞIR QƏZA - YARALANANLAR VAR

Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində 3 nəfər - Bakı şəhər sakinləri, 1995-ci il təvəllüdlü S.Məmmədova, 1997-ci il təvəllüdlü N.Məmmədli və daha bir nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.\\report.az

11.08.2024 18:45
405