Bakı-Qazax yolunda ağır qəza: xəsarət alanlar var - FOTOLAR

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mercedes"in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

02.12.2023 21:43
797