Bakı-Qazax magistralında 10-dan çox maşın toqquşdu: Xəsarət alanların kimlikləri bilindi - YENİLƏNİB

Bakı-Qazax-Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.

Msuavat.com-un “Report”a istinadən məlumatına görə, hadisə nəticəsində iki Türkiyə vətəndaşı - 1970-ci il təvəllüdlü Atəş Asan oğlu Bekar və 1990-cı il təvəllüdlü Ramazan Abdulla oğlu Taş xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində üç TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.

****

Yanvarın 27-si axşam saatlarında Bakı – Qazax – Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə sonuclanan yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlayıb.

Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

28.01.2024 01:34
855