Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimləndi

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib.

Musavat.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib.

Qərara əsasən, Bakı-Naxçıvan / Naxçıvan-Bakı təyyarə biletlərinin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün 70 manat müəyyən edilib.
30.06.2024 21:19
1516