Bakı metrosunun qış hərəkət qrafikində dəyişiklik edildi

“Bakı Metropoliteni” QSC-nin qış hərəkət qrafikində dəyişiklik edilib və sərnişin sıxlığı nəzərə alınaraq pik saatların vaxtı gün ərzində 2 saat artırılıb.

Musavat.com xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, əvvəlcədən sıxlıq yaranacağı təqdirdə, nəzərdə tutulmuş ehtiyat tədbirləri çərçivəsində səhər və axşam saatlarında pik saatların həcmi müvafiq olaraq 1 saat artırılır.

"Belə ki, ilk olaraq səhərlər pik saatlar 07:30-09:30 arası, axşam vaxtı isə 17:30-19:30 müəyyən edilmişdi. Amma ötən gün aparılmış monitorinqlər nəticəsində sərnişin sıxlığını nəzərə alınaraq bu vaxtlar müvafiq olaraq 07:00-10:00 arası, 17:00-20:00 arasına dəyişdirilib. Əlavə etmək istəyirəm ki, mütəmadi olaraq monitorinqləri davam etdiririk. Sərnişin sıxlığı azalarsa, yenidən əvvəlki qaydada sərnişin daşınması həyata keçiriləcək”.

15.09.2022 19:01
617