Bakı metrosunda ÖLÜM

"Bakı Metropoliteni" QSC-nin əməkdaşı dünyasını dəyişib.

Musavat.com QSC-yə istinadla xəbər verir ki, səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib.

14.12.2024 13:06
1040