"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.
Musavat.com xəbər verir ki, bununla bağlı məlumatı “Bakı Metropoliteni” QSC yayıb.
Məlumata görə, xətdən çıxarılan qatar yenisi ilə əvəz edilib.
Qeyd edilib ki, yaranmış problem qısa müddətdə aradan qaldırılıb.