“Bakı Metropoliteni” də zəlzələ ilə bağlı açıqlama yaydı

“Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib”.

Musavat.com xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir.

“Bakı Metropoliteni” QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir”, - rəsmi məlumatda bildirilib.

07.12.2023 09:09
4746