Bakı kəndinin maraqlı toy adəti: Bəyin əlinə xına yaxılırdı, ona taxt qurulurdu - VİDEO

Baku TV-də yayımlanan "O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında Hövsan sakinləri Rahil Rəhimov və Möhüm Babayev köhnə adətlərdən danışıblar.

Onlar qeyd ediblər ki, Hövsanda keçirilən toylar Bakının digər kəndlərindəki məclislərdən həmişə fərqlənib. Rahil Rəhimovun sözlərinə görə, əvvəllər Hövsanda toydan öncə bəyin, onun sağdiş və soldişinin əlinə xına yaxılırdı.

"Bəy xınası başlamamışdan öncə xüsusi qovurma hazırlanır və insanlara paylanılırdı. Daha sonra isə bəy hamama yola salınırdı. Yeganə kənddir ki, bəy üçün taxt qurulur. Bizdə toyxanaya daxil olanda bəyin taxtda oturduğunu görürsən", - deyə Möhüm Babayev əlavə edib.

Dostluq münasibətlərindən də bəhs edən hövsanlılar əsl dostu tapmağın çətin olduğunu qeyd ediblər:

"Yoldaş çoxdur, amma dost tapmaq çətindir. Təkcə yaxşı günündə yox, çətin günündə də yanında olursa, o insana dost demək olar".

Ətraflı süjetdə:

17.07.2024 03:24
857