Bakı Kənar Dairəvi yolundakı son vəziyyət - DYP-dən AÇIQLAMA

"Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrinin sol tərəfində baş verən sürüşmə nəticəsində xəsarətlə nəticələnə biləcək hər hansı hadisə baş verməyib".

Bu açıqlamanı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev verib.

Onun sözlərinə görə, sözügedən ərazidə hazırda tam şəkildə təhlükəsizlik tədbirləri görülüb:

""Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib və qabaqlayıcı tədbirlər görülüb".

 

29.10.2024 11:38
969