“Bakı Kart”ın tətbiqi niyə işləmir? – Rəsmi açıqlama

5 gündür "Bakı Kart"ın mobil tətbiqi işləmir.

Musavat.com xəbər verir ki, bank kartından "Bakı Kart"a pul yükləmək olmur.

Bununla bağlı sosial şəbəkələrdə narazılıqlar edilir.

"Bakı Kart"dan və ya digər aidyyəti qurumlardan səs-səmir yoxdur”,-deyə sosial şəbəkə istifadəçiləri yazır.

Musavat.com bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib. Sorğumuza cavab olaraq bildirilib ki, "Bakı Kart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “Bakı Kart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, -deyə qurumdan bildirilib.

Şahanə Rəhimli
Musavat.com

14.08.2024 11:21
4706