Bakı ilə bağlı XƏBƏRDARLIQ - Fevralın 12-si axşamdan 15-dək...

Bakıda və Abşeron yarımadasında fevralın 12-si axşamdan 15-dək fasilələrlə duman olacağı gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.

Musavat.com 

12.02.2024 13:35
17066