Bakı həbsxanasında daha bir MƏHKUM ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Musavat.com lent.az-a istinadən bildirir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum İlham Rəcəb oğlu Niftəliyev dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 19-cu ölüm hadisəsidir.

22.08.2024 19:31
520