Bakı həbsxanasında daha 2 məhkum ÖLDÜ

Azərbaycanda daha iki məhkum həbsdə ölüb.

Musavat.com Lent.az-a istinadla bildirir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkumlar - Məmmədbağır Abdullayev və Əli Əliyev dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldüyü bildirilir.

27.01.2025 14:07
637