Bakı həbsxanasında 3 məhkum öldü

Bakıda daha 3 məhkum həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Orada saxlanılan məhkumlar - Vəli Heydər oğlu Əliyev, Ceyhun Əlihüseyn oğlu Şixəliyev və Nazim Kazım oğlu Yaqubov dünyasını dəyişiblər.

Hər üç məhkumun xəstəlikdən öldüyü bildirilir.

Xatırladaq ki, mart ayının 2-si də Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində ölüm faktı qeydə alınmışdı. Belə ki, orada saxlanılan Bəhruz Tofiq oğlu Rüstəmov və Elçin Rza oğlu Vəliyevin xəstəlik səbəbindən vəfat etmişdi.

10.03.2023 15:31
832