Bakı hava limanında həyəcanlı ANLAR - Təyyarə məcburi ENİŞ ETDİ - VİDEO

Almatı-Tbilisi reysini həyata keçirən təyyarə tufan səbəbindən Bakı hava limanına eniş edib.

Musavat.com xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

“Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı hava limanına eniş edib.

03.08.2023 03:05
1415