Bakı aeroportuna işləyən avtobusların intervalı ENDİRİLDİ

Bu gündən etibarən havalimanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

Bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.

"Sizə daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ekspress avtobuslarının intervalı 1 saatdan 25 dəqiqəyə endirilib, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb", - deyə məlumatda qeyd olunub.//Report

21.05.2024 12:51
1493