"Bakcell" və "Nar Mobile" mobil operatorlarının işində PROBLEM YARANDI

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

Musavat.com-un telekommunikasiya xidmətləri göstərən şirkətlərdən əldə etdiyi məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır.

"Bakcell" şirkətindən Musavat.com-a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək".

***

 

NAR-dan APA-ya verilən məlumatda isə qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: “Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.

Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.

Musavat.com

21.09.2022 19:14
3141