Bakıda bağ evindən 30 ədəd dekorativ bitki oğurlanıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evin həyətindən 5000 manat dəyərində 30 ədəd dekorativ bitki oğurlanıb.
Ev sahibi polisə məlumat verərək hadisənin 3-5 aprel tarixləri arasında mənzildə olmadığı dövrdə baş verdiyini bildirib. Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar isə dekorativ bitkilərin elə həmin evdə bağban işləyən paytaxt sakini Samir Allahverdiyev tərəfindən oğurlanmasını ortaya çıxarıb.
Bağban saxlanılıb, araşdırmalar davam etdirilir.