“Badamlı”nın keçmiş sahibi “Canlı debat”da: “Vasif Talıbov zavodu əlimdən aldı…”

“Badamlı” mineral sularının istehsalçısı olan zavodun keçmiş sahibi Elşad Məmmədov “Azadlıq” radiosuna sensasion faktlar açıqlayıb. E.Məmmədov iddia edib ki, Talıbovlar əvvəlcə zavodun 85 faizinin, daha sonra isə 15 faizinin onlara verilməsini tələb edib və sahibkar həyatını riskə atmayaraq onlarla razılaşmaq məcburiyyətində qalıb.

E.Məmmədov müsahibəsində Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailəsinin onun zavodunu hədə-qorxu yolu ilə zorla əlindən aldığını açıqlayıb: “Vasif Talıbov zavodu əlimdən aldı. Dedilər, başına oyun açarıq, razılaşdım”.

Bu gün saat 13.30-da TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində E.Məmmədov bütün gizlinləri açıqlayacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

 Musavat.com

13.01.2023 13:19
1256