Badalyan sərhədə gəldi: sərhədçilər buraxmadı - FOTO

Erməni aktivist Mika Badalyan bir qrup şəxslə Azərbaycanla sərhəddə yerləşən Kornidzor kəndinə gəlib.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Badalyan sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, sərhədə yaxınlaşmağa erməni sərhədçilər imkan verməyib.

Qeyd edək ki, daha öncə Mika Badalyanın rəhbərlik etdiyi maşın kolonunun "Laçın" postuna doğru hərəkət etdiyini əks etdirən görüntülər yayılmışdı.

22.07.2023 22:20
2523