İstanbulda xəstəxanaların birində çalışan həkim M.Y. xəstənin yaxınları tərəfindən hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, hücum və dava anları kameraya düşüb.
Üzü-gözü qan içində olan həkim müalicə altına alınıb. Polislər tərəfindən saxlanılan 2 nəfərdən 1-i həbs olunub, digəri isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
Həmin şəxslərin xəstəxanaya gətirdikləri bacılarının saçına toxunduğu üçün həkimə hücum etdiyi iddia edilib.
Musavat.com