Bacısını qaçıran şəxsi bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Nurlan Quliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, qətl hadisəsi Sabunçu rayonu Pirşaği qəsəbəsində baş verib. 21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb. N.Quliyev körpünün yanında dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub . M.Quliyev oradaca dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları tərəfindən Nurlan Quliyev tutulub. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
İş üzrə dindirlimiş Nurlan Quliyev ifadəsində göstərib ki, bacısı sözlü olduğu halda onun başqa şəxsə qoşulub qaçmasını özünə sığışdıra bilməyib. Rayon ərazisində rüsvay olduqları və ailəsinin şərəfini təmizləmək üçün bu hərəkəti edib.
Bacısı Şərqiyyə( ad soyad şərtidir) dayısı oğlu Maariflə bir-birilərini seviblər. Dayısı gil müxtəlif vaxtlarda iki dəfə onlara elçi gəlsələr də, valideynləri qızı Maarifə verməyiblər. Atası gil iki ay əvvəl basıcını rayon ərazisində yaşayan başqa bir şəxsə ərə verməyə razılaşıblar. Bunun növbəti günü bacısı dayısı oğluna qoşulub Bakıya qaçıb. Nurlan çıxış yolunu dayısı oğlunun ölümündə görüb. Bacısı qaçdığı gün onların arxasınca getməyə çalışsa da, dayısı onu yoldan qaytarıb. Qardaşının toyundan sonra Bakıya gedib Maarifi öldürməyi qətiləşdirib. Bundan heç kimin xəbəri olmayıb.
Qardaşının toy günündən bir həftə sonra Ağdamdam marşrutla Bərdə avtovağzalına, oradan isə Bakıya gəlib. Evdən qizli çıxıb və onu tapa bilməmələri üçün telefonunu söndürüb. Şəhərdə qarşısına çıxan bir mağazadan bıçaq alıb.
Saat 23:00 radələrində avtobusla birbaşa Pirşağı qəsəbəsinə Maarif gilin evlərinə gedib. Qapını Maarifin qardaşı Səxavət açıb. Sonra Maarif də bayıra çıxıb. Sonuncuya səhər körpünün yanına gəlməsini deyib. Özü isə gecədən səhərə kimi küçələrdə gəzib. Səhər saat 8-də dayısı oğluna zəng edib deyib ki, danışdıqları yerdədir. Bir neçə dəqiqədən sonra Maarifdə ora tək gəlib. Körpünün aşağı hissəsindəki cığırda söhbət etməyə başlayıblar. Maarif səhv hərəkət etmədiyini dedik də, Nurlan kəmərinə keçirdiyi bıçağı çıxarıb onun sinə nahiyyəsinə sancıb. Dayısı oğlu zərbədən yayınmaq üçün sağ qolunu irəli verərək yalvarıb onu öldürməməyini xahiş edib. Zərbələrdən 3-4-dü Maarifin qoluna dəyib. Digər 3 zərbə döş qəfəsinə girib. Bıçağı gölməçədə yuyaraq qamışlıq əraziyə atıb. Hadisə yerindən uzalaşıb 8-ci km bazarına yollanıb. Orada alver edən qohumları ilə görüşmək istəyib. Həmin ərazidə gördüyü bir polis əməkdaşına yaxınlaşıb törətdiyi cinayəti ona danışıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməyib.
Sonda məhkəmənin hökmü ilə Nurlan Quliyev xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum olunub.