Bacısı Elzadan danışıb ağladı:"Məndən üzr istəsin"

Əməkdar artist Elza Seyidcahanın küsülü olduğu bacısı lalə Seyidcahan "Elgizlə izlə" verilişinə müsahibə verib.

Axşam.az xəbər verir ki, o, müğənni ilə aralarında yaşanandan danışıb. Lalə bildirib ki, Elza ondan üzr istəməsə, barışmayacaq:

"Elzanı doğum günü münasibətilə təbrik etməyəcəm. Çünki o 5-6 ildir ki, mənim ad günümü təbrik etmir. O mənim 7-8 ilimi doldurmasa, yalnız atamın anamın qızı olacaq, mənim bacım yox. Biz elə bacılarıq ki, bir-birimizə hörmət edirik. Görürsünüz, ona "Elza xanım" deyə müraciət edirəm. Onu mən elə-belə demirəm. O mənim dilimdədir artıq. O onu qazanıb.

Elza məndən üzr istəsin, mən də onu bağışlayacağam (ağlayır). Mən Elzasızlığıa artıq öyrəşmişəm. Çünki o mənim sənət əsərimdir. O mənim "manikenimdir". Mərhum İlhamə Quliyeva əl çaldırdı mənim üçün ki, belə bir bacıdan yoxdur. O görürdü ki, necə Elzanın zəhmətini çəkirəm. Nəyə görə ağlayıram? Çünki o bizdə belə bir səhvləri görməməli idi. Mənim üçün Elzasızlıq çox çətindir, amma mən buna artıq öyrəşdim. Mənə ana timsalında bacı deyirdilər".

Göz yaşlarını saxlaya bilməyən Elza "Çox sevinirəm ki, bacım belə şən və xoşbəxtdir. O gözəl etiraf etdi ki, Elzasızlığa öyrəşdim. Kövrəlirəm, amma mən də istəyirəm ki, onlar mənsizliyə öyrəşsinlər (ağlayır). Mənim yanımda olanda onlar üçün çox çətin olur. Çox sevinirəm ki, onun öz işi və ətrafı var" sözlərini əlavə edib.

Studiyada olan digər Seyidcahan bacıları da göz yaşlarını saxlaya bilməyiblər.

Qeyd edək ki, Elza və lalə bacıları uzun müddətdir küsülüdür. 

10.07.2023 13:49
1087