Babası 1918, atası 1942, oğlu 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov dünyasını dəyişib.
Musavat.com Bakupost.az-a istinadən xəbər verir ki, Arif baba kimi tanınan A.İsmayılov 24 il həyətində becərdiyi meyvə və tərəvəzləri cəbhə bölgəsində olan əsgərlərimizə aparıb.
Qeyd edək ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkənd uğrunda döyüşlərin birində şəhid olub.