Baba Vəziroğlunun həyat yoldaşından ETİRAF: "Ailə məhdudiyyətlərim var"

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun həyat yoldaşı Zəminə Rüstəmova şəxsi həyatı ilə bağlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, "Tam vaxtıdır" proqramına qatılan jurnalist Zəminə xanım ailə məhdudiyyətləri səbəbindən hazırda çalışa bilmədiyini deyib:

"Evləndikdən sonra mən daha çox uşağımla məşğul oldum. Yoldaşım nə dedisə onunla ayaqlaşdım. Hazırda isə oğlum böyüyüb. İndi yavaş-yavaş qaldığım yerdən davam edirəm".

Qeyd edək ki, Baba Vəziroğlu ilə Zəminə Rüstəmovanın Kamal adlı övladı var.

24.05.2022 21:19
3162