Azyaşlıya sığınacaqda işgəncə verdikdən sonra "Tik-Tok"da adına pul yığdılar – ŞOK İDDİA/VİDEO

Sığınacaqda qalan uşaqdan istifadə edilərək “Tik-Tok”da pul yığılıb.

Belə bir iddia ilə Bakı sakini Şəlalə Mürsəlova çıxış edib. O, “Sevgi Evi” Qadın və Uşaq sığınacağında uşağına işğəncə verildiyini deyir.

Ş.Mürsəlova bildirir ki, ötən ilin dekabr ayından uşağı sığınacaqdan götürüb. Bundan sonra, uşağı ilə bağlı ona “Tik-Tok” sosial şəbəkəsindən xəbər veriblər.

Məsələ ilə bağlı “Sevgi Evi” adlanan qadın və uşaq sığınacağından "Xəzər Xəbər"ə bildirildi ki, şənbə və bazar günləri müdiriyyət işləmir. Sonra isə sığınacağın tabe olduğu kimsəsizlərə və xüsusi qayğıya ehtiyacı olan insanların sosial həyatına dəstək olan “Könüldə Nur” İctimai Birliyinin sədri Könül Qasımova ilə telefon vasitəsilə əlaqə saxlanılıb. O, ittihamları rədd etdi.

K.Qasımova “Tik-Tok”da uşağın adına pul yığmaq ittihamını da rədd edərək bildirdi ki, sığınacaq ianələr hesabına ehtiyaclarını ödəyir. Hər iki tərəf məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildirdilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

10.03.2024 13:36
671