Azyaşlı şahmatçının barmağını sındıran robot cəzalandırıldı - VİDEO

Moskvada şahmat robotu bütün turnirlərdən kənarlaşdırılıb.

Belə qərar onun 7 yaşlı şahmatçının barmağını sındırdığına görə qəbul edilib.

Xatırladaq ki, hadisə iyulun 19-da Rusiya paytaxtında keçirilən şahmat turniri zamanı qeydə alınıb.

Hərçənd, insidentə Kristofer adlı oğlanın tələsməsi səbəb olub, buna baxmayaraq, uşağa xəsarət yetirmək robota baha başa gəlib.

28.07.2022 01:51
565