AzTV-nin solistinin dərin sinə dekolteli geyimi qınandı - FOTO

“Böyük səhnə” mahnı müsabiqəsinin qalibi, Azərbaycan Televiziyasının (AzTV) solisti, müğənni Emiliya Yaqubova yeni fotosessiyası ilə diqqətləri üzərinə cəmləyib.

Sənətçi qara rəngli sinə dekolteli libasda obyektiv qarşısına keçib.

Yaqubova ağlı-qaralı fotosessiyası üçün cazibədar pozlar verib. Şəkillərini sosial şəbəkə hesabında yayımlayan Emiliya ingilis dilində “Qadın” şərhini yazıb.

Qeyd edək ki, Emiliya 2019-cu ildə avqustun 12-də Tamerlanla ailə qurub. Cütlük evləndikdən sonra Londona köçüb. (Publika.az)

21.07.2024 16:33
1479