“Aztelekom”un SƏTƏMM mühəndislərinə təlim keçirilib

“Aztelekom” tərəfindən “Onlayn Azərbaycan” layihəsində iştirak edən SƏTƏMM mühəndislərinə təlim keçirilib.

Əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə regionlar üzrə işə yeni qəbul olunan şəxslər və podratçı şirkətlərin əməkdaşları iştirak ediblər.

“İKT LAB” Tətbiq və Tədris Mərkəzində keçirilən ikigünlük (20 saat) təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Aztelekom” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur. Layihə çərçivəsində 2023-cü ilin 10 ayı ərzində Azərbaycanda 700 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə 1,5 milyona yaxın ev təsərrüfatı genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 52%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılması hədəflənib. Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

27.11.2023 11:10
1265