“Aztelekom”un rəhbəri işdən çıxarıldı - Yeni təyinat

“Aztelekom”a yeni rəhbər təyin edilib.


Musavat.com Bakupost.az-a istinadən xəbər verir ki, bundan sonra quruma Həsən Ömərov rəhbərlik edəcək.

Bununla bağlı bildirilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqa-layihəsi artıq son mərhələsinə çatır.

“Aztelekom” ölkənin rəqəmsal infrastrukturunun inkişafına yönəldilmiş bu vacib təşəbbüsün əsas operatorlarından biri kimi çıxış edir. Görünür, bu layihədə Həsən Ömərov fərqləndiyinə görə onu qurumun rəhbəri təyin ediblər.

Qeyd edək ki, son günlər mediada və sosial şəbəkələrdə “Aztelekom” əlehinə kəskin yazılar yayılır. İnternet xidmətinin bərbad durumu, yeni cərimələrin tətbiq edilməsi tənqid olunur.

21.10.2024 09:02
3659