Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza ilə bağlı işlər davam edir.
Bu barədə Musavat.com-a "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Qeyd edək ki, qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basmışdı.
Bir qədər əvvəl FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.