“Azəriqaz” MƏLUMAT YAYDI: Sabah saat 11:00-da...

“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq.

Bu barədə Musavat.com-a qurumdan məlumat verilib.

Bildirilir ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 22 dekabr saat 11:00-da başlayacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

21.12.2023 14:26
547