“Azəriqaz” MƏLUMAT YAYDI: Sabah saat 11:00-da...

“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq.

Bu barədə Musavat.com-a qurumdan məlumat verilib.

Bildirilir ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 8 dekabr saat 11:00-da başlayacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Musavat.com

07.12.2023 14:20
665