"Azəriqaz" MƏLUMAT YAYDI - 15 sentyabr saat 11:00-da...

“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq.

Bu barədə Musavat.com-a qurumdan məlumat verilib.

Bildirilib ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 15 sentyabr saat 11:00-da başlayacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Musavat.com

14.09.2023 14:58
704