“Azəriqaz” İB-də  media və QHT nümayəndələri ilə növbəti görüş olacaq 


“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 15 aprel saat 11:00-da başlayacaq.

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

14.04.2022 15:16
595